Ana Səhifə / Layihələrimiz / Tekstil Məhsulları İdxalı

Tekstil Məhsulları İdxalı

Moda Retail MMC 2024 Tekstil

Müştərimiz Azərbaycanda tanınmış bir pərakəndə ticarət şirkətidir. Çindən keyfiyyətli tekstil məhsulları idxal etmək istəyirdi, lakin etibarlı təchizatçı tapa bilmirdi.

Güvən Consulting olaraq Guangdong əyalətindəki 12 fərqli istehsalçı ilə əlaqə saxladıq. Nümunə məhsullar aldıq, keyfiyyət testlərindən keçirdik və müştərimizin standartlarına ən uyğun 2 istehsalçını seçdik.

Sifarişdən 45 gün ərzində 50.000 ədəd məhsul tam sənədləşmə ilə Bakı limanına çatdırıldı. Gömrük prosedurları da bizim tərəfimizdən həyata keçirildi.